Jurnalist Qadir İbrahimli vəfat edib

Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist
Qadir İbrahimli xəstəxanada vəfat edib.

Bu barədə AzerTimes-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 53 yaşlı jurnalist az öncə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın
18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının
Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Teqlər: