Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirildi

Jurnalist Qadir İbrahimlinin səhhətində ciddi problem
yaranıb.

AzerTimes-ın məlumatına görə, dünən axşam saatlarında onun səhhəti
qəfil pisləşib və o, Respublika Klinik Xəstəxanasının reanimasiya
şöbəsinə yerləşdirilib.

Əsasən, şəkər xəstəliyi və qaraciyər sirrozundan əziyyət çəkən
jurnalist komatoz vəziyyətində Respublika Klinik Xəstəxanasına
yerləşdirilib. Hazırda jurnalistin vəziyyəti ağır
qiymətləndirilir.

Teqlər: