Sosial şəbəkələrsə tanınmış jurnalist Elnur Əşrəfoğlunun koronavirusdan vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.
“Yeni klinika”dan AzerTimes-a verilən məlumata görə Elnur Əşrəfoğlu dünyasını dəyişməyib. Onun vəziyyəti hazırda ağır kritikdir.
Xatırladaq ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.