Juninyo bu kluba keçir – “Qarabağ” razılaşdı…

Juninyo bu kluba keçir – “Qarabağ” razılaşdı…

“Flamenqo” klubu Juninyonun transferi üçün “Qarabağ”la razılığa gəlib.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, bu barədə bir qədər əvvəl Braziliyanın bir neçə media qurumu məlumat yayıb.

ESPN-in saytı bildirib ki, Rio təmsilçisi qışda ilk transferini gerçəkləşdirmək üzrədir. Juninyo klubun 2025-ci ildə alacağı ilk oyunçu olacaq.

Məlumata görə, bu, “Flamenqo”nun “Qarabağ”a ikinci təklifi sayəsində mümkün olub. Rio-De-Janeyro klubu Juninyo üçün “Qarabağ”a 5 milyon avro ödəyəcək. İlk müraciətdə 4 milyon təklif olunmuş, “Qarabağ” isə bunu rədd etmişdi.

Braziliyanın tanınmış insayderi Vene Cesagrande de tərəflərin razılığa gəldiyini və Juninyonun 5 milyon təzminat müqabilində “Flamemqo”ya keçəcəyini yazıb.

Hələlik klublar bu məlumatı şərh etməyiblər.

Teqlər: