“JP Morgan” ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin yekunlarına əsasən Azərbaycanda neft hasilatı 597 min barel/sutka təşkil edəcək.

Trend bu barədə ABŞ-ın “JP Morgan” bankının hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2021-ci ilin birinci rübündə hasilat sutkada 593 min barel, ikinci rübdə 598 min barel, üçüncü rübdə 596 min barel təşkil edib. Bu göstəricinin dördüncü rübdə 600 min barelədək yüksələcəyi proqnozlaşdırılır.

Bankın hesabatında deyilir ki, Azərbaycanda 2021-ci ilin yanvarında 593 min barel/sutka, fevralda 593 min barel/sutka, martda 592 min barel/sutka, apreldə 594 min barel/sutka, mayda 590 min barel/sutka, iyunda 610 min barel/sutka, iyulda 606 min barel/sutka, avqustda 596 min barel/sutka, sentyabrda 586 min barel/sutka, oktyabrda 590 min barel/sutka xam neft hasil olunub. Noyabr və dekabrda hasilatın 605 min barel/sutka olacağı proqnozlaşdırılır.


Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: