JP Morgan enerji sektorunda böhranı dəf etmək üçün lazım olan vəsaitin həcmini açıqlayıb

Dünya birliyi enerji sektoruna qlobal böhrandan xilas olmaq üçün
2030-cu ilə qədər bu sahəyə investisiyaları 1,3 trilyon dollar
artırmalıdır.

Trend xəbər
verir ki, bu barədə ABŞ-ın JP Morgan bankının icmalında
deyilir.

Bank hasil olunan yanacaq, alternativ enerji mənbələri və nüvə
enerjisi də daxil olmaqla bütün enerji növlərinə sərmayə qoymağa
çağırır. Beynəlxalq Enerji Agentliyi (IEA), əksinə, hasil olunun
yanacaqlara investisiyanın həcmini azaldaraq, günəş panelləri və
külək stansiyalarına üstünlük verməyi təklif etmişdir. JP Morgan
isə agentliklə bu məsələdə razılaşmır.

“Bütün yanacaq növləri eyni deyil və tamamilə bir-birini əvəz
edə bilməz – günəş panelləri, məsələn, neft-kimya məhsullarının
sənaye istehsalı üçün lazım olan nefti əvəz edə bilməz”, – icmalda
bildirilir.

Mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər enerjiyə tələbatın
artımı, ilk növbədə inkişaf etməkdə olan ölkələr hesabına təklif
artımını 20 faiz üstələyəcək. Ekspertlər həmçinin neftə tələbatın
10 faiz, qaza isə 18 faiz artacağını proqnozlaşdırırlar.

Teqlər: