“JP Morgan” Azərbaycanda 2021-2022-ci illərdə neft hasilatı üzrə proqnozları açıqlayıb

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci ildə Azərbaycana xam neft hasilatı 616 min barel/sutka təşkil edəcək.

Trend bu barədə ABŞ-ın “JP Morgan” bankının hesabatına istinadən məlumat verir.

Bundan əvvəlki proqnozda həmin göstərici 619 min barel/sutka səviyyəsində göstərilirdi.

Proqnoza əsasən, 2021-ci ilin birinci rübündə hasilat sutkada 596 min barel, ikinci rübdə 618 min barel, üçüncü rübdə 634 min barel, dördüncü rübdə isə 614 min brel təşkil edəcək.


Eyni zamanda, 2022-ci ildə Azərbaycandan xam neft hasilatı 625 min barel/sutka həcmində proqnozlaşdırılır.

Proqnoza əsasən, 2022-ci ilin birinci rübündə hasilat sutkada 630 min barel, ikinci rübdə 627 min barel, üçüncü rübdə 619 min barel, dördüncü rübdə isə 623 min brel təşkil edəcək.

Teqlər: