Xəbər - Ləman Zeynalova – Trend:
2022-ci ildə Azərbaycanda xam neft hasilatı 638 min barel/sutka təşkil edəcək.
Trend bu barədə ABŞ-ın “JP Morgan” bankının hesabatına istinadən məlumat verir.
2021-ci ildə həmin göstərici 618 min barel/sutka səviyyəsində göstərilir.
Proqnoza əsasən, 2022-ci ilin birinci rübündə hasilat sutkada 641 min barel, ikinci rübdə 640 min barel, üçüncü rübdə 637 min barel, dördüncü rübdə isə 634 min barel təşkil edəcək.
Hesabatda qeyd olunur ki, 2021-ci ildə aylar üzrə hasilat proqnozu yanvarda sutkada 642 min barel, fevralda 643 min barel, martda 638 min barel, apreldə 643 min barel, mayda 636 min barel, iyunda 640 min barel, iyulda 638 min barel, avqustda 636 min barel, sentyabrda 639 min barel, oktyabrda 631 min barel, noyabrda 634 min barel, dekabrda 635 min barel təşkil edəcək.
(Tərcümə: Orxan Nəbiyev)