Jozep Borrel Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki danışıqlarını heyranedici adlandırıb

Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin ilk dəfə konstruktiv fikir mübadiləsini “Şərq tərəfdaşlığı” sammitində aparması heyranedicidir.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel öz bloqunda yazıb.

O qeyd edib ki, bu, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilik səyləri və köməyi sayəsində mümkün oldu və bütün bunlar Aİ-nin Cənubi Qafqazda münaqişənin həlli üzrə səylərdə daha fəal rol oynamağa hazır olduğunu göstərdi.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: