Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” növbəti transferini reallaşdırıb.
Bu haqda məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov baxışda olan kamerunlu legioner Jozef Boum II ilə bağlı yekun qərarı verdiklərini bildirib: “Jozefi Boluda keçirdiyimiz hər 2 oyunda sınadım. O, həm Bakı “İnter”i, həm də həmyerliləri – Kamerunun “Kolumbe Sportivo” klubu ilə matçda start heyətində meydana çıxaraq yaxşı təsir bağışladı. Mərkəz müdafiəçisidir ki, bizə də bu mövqeyə legioner lazım idi. Uzun illər Türkiyədə oynayıb, Super Liqa təcrübəsi var. Boumla artıq rəsmi müqavilə imzalamışıq. O, 2 il bizim futbolçudu”.
Boumlar nəslinin II nümayəndəsi olan Jozefin karyerası Türkiyə çempionatı, o cümlədən Super Liqa ilə bağlı olub. Belə ki, o, “Mersin İdman Yurdu”, “Antalyaspor”, “Osmanlıspor”, “Qaziantep Böyükşəhir Bələdiyyəspor”un şərəfini qoruyub.
1.86 metr boya malik legioner son vaxtlar oynamadığına görə baxışa dəvət olunmuşdu.