Portuqaliyalı baş məşqçi Joze Mourinyo “Fənərbağça”ya ilə razılığa gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İddiaya görə, 61 yaşlı mütəxəssis Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Fənərbaxça” bu mövsüm Türkiyə çempionatında ikinci yeri tutub.
Xatırladaq ki, J.Mourinyo məşqçilik karyerası ərzində “Benfika”, “Leiriya”, “Portu”, “İnter”, “Real Madrid”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma” klublarına rəhbərlik edib.