Bir neçə həftə əvvəl ABŞ-ın “Johnson & Johnson” şirkətinin Baltimor şəhərindəki (Merilend ştatı) zavodunun əməkdaşları yeni növ koronavirusqa qarşı peyvəndin hazırlanması zamanı maddələri qarışdırarkən səhvə yol veriblər.
AzerTimes-ın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, əməkdaşların səhvə yol verməsi nəticəsində 15 milyon doza peyvənd xarab olub.
Bildirilir ki, insidentə səbəb insan faktoru olub. Baş verən insidentlə əlaqədar ABŞ-ın Qida və Dərman Administrasiyası zavodda yoxlamalar həyata keçirir.