Koronavirusa qarşı Johnson & Johnson peyvəndinin gücləndirici (“buster”) dəzasının “omikron” variantına qarşı effektiv olduğu açıqlanıb.
Trend xəbər verir ki, Cənubi Afrika Respublikasında alimlərin apardığı tədqiqatın ilkin nəticələri MedicalXpress saytında yerləşdirilib.
Mütəxəssislər noyabrın 15-dən dekabrın 20-dək tibb işçiləri haqqında əldə etdikləri məlumatları təhlil ediblər. Nəticədə, üçüncü dozanın koronavirusun “omikron” ştammına qarşı 85%-lik qoruyuculuğu ortaya çıxıb.
Pandemiya ərzində Cənubi Afrikada 3,4 milyondan çox yoluxma və 90 min ölüm halı qeydə alınıb.
2021-ci ilin dekabrında Cənubi Afrikadan aparılan araşdırma, Pfizer / BioNTech peyvəndinin omicron-a qarşı ümumiyyətlə daha az təsirli olduğunu, lakin xəstəliyin ağırlaşmasına qarşı 70%-lik qoruyuculuq effektivliyi aşkar olunmuşdur.