Amerikanın “Johnson & Johnson” şirkəti koronavirusun omikron “ştammına” qarşı peyvəndin hazırlanmasına başlayıb.
Trend xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, şirkət, COVID-19 peyvəndinin müxtəlif variantlarına, o cümlədən yeni, sürətlə yayılan omikron ştammına qarşı effektivliyini qiymətləndirmək üçün Cənubi Afrikada və dünyanın hər yerindən elm adamları ilə işləyir.
“Bundan əlavə, şirkət omikron variantına qarşı xüsusi vaksin hazırlayır və lazım gəldikdə onu təkmilləşdirəcək”, – deyə bəyanatda bildirilir.