Jirinovskinin Ukrayna ilə bağlı şok açıqlaması – Video

Jirinovskinin Ukrayna ilə bağlı şok açıqlaması – Video

Bu ilin aprelində ölən Rusiya Liberal Demokrat Partiyasının keçmiş lideri Vladimir Jirinovskinin Rusiya-Ukrayna müharibəsilə bağlı 2018-ci ildəki çıxışı sosial şəbəkələrdə yayılmağa başlayıb.

AzerTimes xəbər verir ki, Jirinovski 2020-ci ildə Co Baydenin ABŞ prezidenti seçiləcəyini və Avropada müharibəyə səbəb olacağını deyib:

“Bayden gələcək. O qoca başqa xalqaları bir-birinə qarşı düşmən etməklə məşğuldur. İndi dediklərimə diqqətlə qulaq asın. Onlar Avropada müharibəyə səbəb olacaqlar. Onlara silah sifarişləri, qan iyi lazımdır. Suriya məsələsi bağlanır, ABŞ üçün yeni bir konflikt lazımdır və yaxşı olar ki, bu, Avropada olsun. Avropa alışıb yanmalıdır… Hansı ölkədə? Ukraynada! Onlara lazımdır ki, Ukrayna yansın, dağılsın. Bu ona görə lazımdır ki, proseslərə məhz onlar nəzarət etsinlər”.

Teqlər: