Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin
sədri Leonid Slutski Rusiya Liberal-Demokrat Partiyasının (RLDP)
parlament fraksiyası rəhbərinin vəzifələrini icra edəcək.
Trend-in
məlumatına görə, bunu fraksiya rəhbərinin vəzifəsini icra edən
Yaroslav Nilov deyib.
O, L.Slutskinin partiya üzvləri arasında yekdilliklə bu vəzifəyə
seçildiyini bildirib.
Eyni zamanda, Aleksey Didenko RLDP-nin parlamentdən kənar sədr
vəzifələrini icra edən təyin olunub
Qeyd edək ki, RLDP-nin sədri Vladimir Jirinovski bu gün uzun
sürən xəstəlikdən sonra vəfat edib.
(Tərcümə: Orxan Nəbiyev)