İşğal edilmiş Xerson atəş üstünlüyü və kifayət qədər qoşunla iki gün ərzində mühasirəyə alına bilər. Bundan sonra ya xüsusi əməliyyat keçirmək, ya da ultimatum göndərib işğalçıların təslim olmağını irəli sürmək lazımdır.
AzerTimes xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.
“Şəhər mühasirəyə alınacağı təqdirdə Dnepr üzərindən onun yanında yerləşən Antonovski körpüsü düşmən üçün bağlanmalıdır. Onda ruslara geri çəkilmək üçün yalnız Dnepr çayı qalır. Artilleriya Dnepr boyu işləməli və onların getməsinin qarşısını almalıdır. Bu variantı nəzərdən keçirmək olar, lakin ən əsası şəhəri mühasirəyə almaq üçün ehtiyatın, lazımi qüvvə və vasitələrin olmasıdır. Hazırda Ukrayna ordusu uğur qazanır. Bacardığımız qədər bu uğurun üzərində dayanmağa çalışırıq. Amma orada çox şiddətli mövqe döyüşləri gedir, həm bizim, həm də rusların artilleriyası işləyir. Onlar bir-birini dəhşətli şəkildə atəşə tuturlar”, – o bildirib.