Rusiyanın Ukraynada döyüş tapşırıqlarını yerinə yetirən aviasiyasının 1/3-i qalıb, lakin bu özü də əhəmiyyətli təhlükədir.
AzerTimes xəbər verir ki, bu barədə tanınmış hərbi ekspert Oleq Jdanov deyib.
“Bu, təxminən 100-dən çox təyyarə deməkdir ki, onlar kritik anlarda sutkada 190 uçuş həyata keçirə bilərlər. Bu isə ciddi gərginlikdir”, – o bildirib.