Japarov sərhəddəki gərginlikdən danışdı

Japarov sərhəddəki gərginlikdən danışdı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən hədsiz narahatlığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Sadır Japarov, həmçinin situasiyanın müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıb, eləcə də tərəflərin gələcəkdə güc tətbiq etməkdən çəkinəcəklərinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Sadır Japarov KTMT-nin bu gün keçirilən onlayn iclasında iştirak edib.

Teqlər: