Japarov Rusiya ilə bu sazişi ratifikasiya etdi

Japarov Rusiya ilə bu sazişi ratifikasiya etdi

Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya ilə vahid regional hava hücumundan müdafiə sisteminin yaradılmasına dair sazişi ratifikasiya edib.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, bir gün əvvəl bu sənəd Qırğızıstan parlamenti tərəfindən üç oxunuşda təsdiqlənib.

Razılaşmaya əsasən, Moskva və Bişkek MDB-yə üzv dövlətlərin vahid hava hücumundan müdafiə sisteminin tərkib hissəsinə çevriləcək vahid regional hava hücumundan müdafiə sistemi yaradırlar. Bişkek müqavilə müddətində Rusiyanın Kantdakı aviabazasının yanında beş hektar torpaq sahəsi ayıracaq.

Qeyd edək ki, tərəflər arasında müvafiq saziş 2022-ci il avqustun 16-da Moskvada imzalanıb. Prezident Vladimir Putin 2023-cü il mayın 29-da Rusiya ilə Qırğızıstan arasında vahid regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişin ratifikasiyası haqqında qanun imzalayıb.

Teqlər: