Japarov, Rəhman, Tokayev, Lukaşenko artıq İrəvandadır

Japarov, Rəhman, Tokayev, Lukaşenko artıq İrəvandadır

Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti İmaməli Rəhman, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Belarus Prezidenti Aleksdandr Lukaşenko artıq İrəvandadır.

AzerTimes xəbər verir ki, KTMT sammitində iştirak üçün dövlət başçılarından yalnız Prezident Vladimir Putin hələlik gəlməyib.

Ermənilər isə Putinin gəlişinə “xüsusi” hazırlaşıblar. Ötən gündən Putinə qarşı başlayan aksiyalar bu gün Rusiyanın İrəvandakı səfirliyinin qarşısında davam edir.

Müharibə zamanı itkin düşən və məhv edilən erməni əsgərlərin valideynləri bu dəfə övladlarını Rusiya liderindən “istəyiblər”. “Putin, bizim uşaqlarımızı qaytar” şüarı ilə Rusiya səfirliyinin yerləşdiyi küçəni bağlayan ermənilər həm də Putini”səbəbkar kimi” göstərməyə çalışırlar.

Teqlər: