Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib.
Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Tərəflər Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının inkişaf perspektivlərini də müzakirə ediblər.