Japarov: Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik!

Japarov: Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik!

Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib.

AzerTimes xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında bildirib.

Onun sözlərinə görə, Qırğızıstan qardaş Azərbaycan ilə sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır: “Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyini həmişə dəstəkləyib. Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəklədiyinizə görə Sizə minnətdarıq. Ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir”.

S.Japarov əmin olduğunu bildirib ki, Azərbaycan Prezidentinin səfəri və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək.

Teqlər: