Milli Məclisin III, IV, V və VI çağırış deputatı Jalə Əhmədova sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olmayacaq.
AzerTimes xəbər verir ki, bu barədə yayılan məlumatı Jalə Əhmədovanın köməkçisi Modern.az-a təsdiqləyib.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü Jalə Əliyeva hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. O, tanınmış şairə Nurəngiz Günün yeganə övladıdır.
Jalə Əhmədova sonuncu dəfə 59 saylı Salyan seçki dairəsindən deputat seçilmişdi.