Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.
Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi bu barədə məlumat yayıb.
Yeraltı təkanlar nəticəsində 994 nəfər xəsarət alıb və onlardan 847-si xəstəxanadan evə buraxılıb, 147-nin müalicəsi davam etdirilir.
“Ciddi ziyan görmüş və çökən binaların sayı 58-ə çatıb. Axtarış və xilasetmə işləri sürətlə davam edir. Dəymiş zərərin qiymətləndirilməsi işləri tamamlanır. Bir tərəfdən söküntü işlərinə başlamışıq. Dünəndən etibarən 2 binada söküntü işləri başlayıb”, – deyə nazirlikdən bildirilib.