Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda un məmulatları mağazasında partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Partlayışa səbəbin qaz sızması olduğu güman edilir.
Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.