İzmir şəhərinin Çiğli rayonundakı Atatürk Sənaye Bölgəsində yer alan kauçuk və plastik zavodları yanır.
AzerTimes xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, səbəbi bəlli olmayan yanğın ilk öncə kauçuk zavodunda başlayıb sonradan plastik zavoduna sıçrayıb.
Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Hadisə zamanı ölən və yaralananların olub-olmaması ilə bağlı məlumat verilməyib.