Dünən (30 oktyabr) İzmirdə baş verən güclü zəlzələdən sonra yenidən silkələnmə olub.
Bu gün (31 oktyabr) saat 08:30-da 5 bal gücündə tektonik sınma meydana gəlib.
Zəlzələ İzmirin Seferhisar ilçəsinə 17 km uzaqlıqda olub.
Qeyd edək ki, 1-ci zəlzələdən sonra 24 nəfərin həlak olduğu, 800-dən çox sakinin yaralı olması Türkiyə mətbuatı tərəfindən bildirilir.