Yanvarın 28-i Türkiyənin İzmir şəhərində Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumuna etiraz aksiyası keirilib.
AzerTimes xəbər verir ki, Güney Azərbaycan Kültür Mərkəzi tərəfindən keçirilən aksiyada səfirliyə edilən silahlı hücm pislənlib, Tehran rejiminə qarşı şüarlar səsləndirlib.
“Güney Azərbaycan və İranda yaşayan 40 milyon soydaşımız Tehran rejiminin Azərbaycan Respublikasına qarşı əməllərinə səssiz qalmayacaq, qarşıdakı günlərdə buna cavab veriləcək”, – bəyanatda bildirilib.