Türkiyənin İzmir şəhərinin Konak meydanında 27 sentyabr – Anım Günü ilə bağlı törən keçirilib.
AzerTimes xəbər verir ki, mərasimdə diaspor nümayəndələri, Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı və digər ictimai-siyasi şəxslər iştirak edib.
Törəndə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, sonda isə jurnalist Nigar Ögeday bəyanat mətnini səsləndirib.