İzmirdə 21 Azər Hərəkatı ilə bağlı tədbir – Foto

İzmirdə 21 Azər Hərəkatı ilə bağlı tədbir – Foto

Sivas Dərnəkləri Federasiyasının İzmirdəki şöbəsində 21 Azər Hərəkatının və Seyid Cəfər Pişəvərinin qurduğu Azərbaycan Milli Hökumətinin ildönümü qeyd olunub.

AzerTimes xəbər verir ki, tədbirdə eyni zamanda 24 dekabrda İzmirdə keçiriləcək Beynəlxalq Cənubi Azərbaycan Türkləri İkinci Forumuna hazırlıq məsələləri müzakirə edilib və təqdimat olub.

Tədbiri giriş sözü ilə açan Türkiyədə yaşayan cənublu soydaşımız, jurnalist və yazar Məsud Haray Güney Azərbaycan milli mübarizəsinin son yüz illik tarixi, 21 Azər Hərəkatı və 1945-ci ildə qurulan Azərbaycan Milli Hökuməti haqqında iştirakçılara geniş məlumat verib.

Tədbirdə Türkiyə Dostluq Dərnəkləri Federasiyası İdarə Heyətinin üzvü Seyfəddin Ayakyay və Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi dərnəyinin sədri Cəvahir Əhmədova, Həsən Ocaq, Abdulla Qubalı, Gültəkin Qarabağlı, Turan Akçayöz və bəstəkar Nazim Əliyev çıxış edərək tədbirin və qarşıda keçirilməsi planlaşdırılan Forumun əhəmiyyətindən bəhs ediblər.

Tədbirdə bəstəkar Nazim Əliyevin “Gedək Təbrizə” mahnısı da səsləndirilib.

Teqlər: