İyunun 17-də Ermənistan hökumətinin istefasına baxılacaq

İyunun 17-də Ermənistan hökumətinin istefasına baxılacaq

İyunun 17-də Ermənistan parlamenti növbədənkənar iclasında hökumətin istefası ilə bağlı layihəyə baxacaq.

AzerTimes xəbər verir ki, bu barədə müvafiq qərarı parlamentin spikeri Alen Simonyan imzalayıb.

Məlumata görə, iclasda hökumətin istefası və yeni hökumətin formalaşdırılması zərurəti ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Ermənistan parlamentinin müxalifətdən olan 33 deputatı bu məqsədlə parlamentə müraciət edib.

Teqlər: