Xəbər - Çingiz Səfərli – Trend:
2021-ci ilin iyun ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb.
Bu barədə AzerTimes-a Dövlət Sosial müdafiə Fondundan məlumat verilib. Məlumata görə, ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı 105 min nəfərdən çox olub.
Onların 12,5%-ni kişilər, 87,5%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, dövlət büdcəsinin icrasına dair 6 aylıq hesabata görə, sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5111,7 mln. manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 127,3 mln. manat və ya 2,6 faiz üstələyib.