Xəbər - Çingiz Səfərli -Trend:
2021-ci ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 697 min nəfərə yaxın olub.
Bu barədə AzerTimes-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, onlardan 400 min nəfərə yaxını müavinət, 297 min nəfərə yaxını isə təqaüd alıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə e-qaydada aparılıb.