İyunda 22 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib

Xəbər - Çingiz Səfərli -Trend:

2021-ci ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 22 milyon dollar olub.

AzerTimes-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icmalına istinadən məlumatına görə, iyunda ən çox ixrac edilən məhsullar arasında 60,3 faiz olmaqla qiymətli metal külçələr birinci yerdədir. Polad borular 31,1, süd məhsulları 4,2, meyvə şirələri 1,8, iribuynuzlu heyvanların daxili orqanlarının ixracı isə 0,5 fai təşkil edir.

Həmçinin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ən çox yük daşınması hava nəqliyyatı ilə icra edilib. Belə ki, bu nəqliyyat növü üzrə yükdaşıma 60,4 faiz, avtomobil nəqliyyatı ilə 29,6, dəmiryolu ilə 8,7, su yolu ilə isə 1,3 faiz təşkil edir.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təqdim etdiyi sertifikatların ölkələr üzrə bölgüsü isə aşağıdakı kimidir:


Avropa ölkələri (İtaliya, İsveçrə, İspaniya, Finlandiya, Danimarka) – 61,3 faiz;
Türkiyə – 18,3 faiz;
MDB ölkələri (Qazaxıstan, Özbəkistan, Rusiya, Belarus) – 13,2 faiz
ABŞ – 0,2 faiz

Qeyd edək ki, 2017-ci ildən 2021-ci ilin iyun ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 575 milyon ABŞ dolları təşkil edib.

Teqlər: