İyulun 11-də nazirlər görüşəcək

İyulun 11-də nazirlər görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə bilərlər.

Bildirilir ki, həmsədrlər regiona son səfərləri zamanı görüşün həmin vaxt keçirilməsini təklif ediblər.

Xatırladaq ki, nazirlərin son görüşü bu ilin fevral ayında ATƏT-in Minsk qrupunun iştirakı ilə keçirilib.