İyulda yaşa görə aylıq sosial müavinət alanların sayı 110 min nəfərə yaxın olub

Xəbər - Çingiz Səfərli -Trend:

2021-ci ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 110 min nəfərə yaxın olub.

Bu barədə AzerTimes-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumata görə, onların 12,9 %-ni kişilər, 87,1 %-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində 68 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.


Twitter:@cingizsafarli

Teqlər: