NATO iyulda Vaşinqtonda keçiriləcək sammit zamanı Ukraynanı alyansa dəvət etməyi planlaşdırmır.
AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.
“Biz Ukraynanın alyansa qoşulmağa dəvət ediləcəyini gözləmirik”, – rəsmi bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn sammit zamanı müttəfiqlər Ukrayna ilə bağlı əhəmiyyətli dəstək nümayiş etdirmək niyyətindədirlər.