Xəbər - Çingiz Səfərli – Trend:
2021-ci ilin iyul ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 688 min nəfərdən çox olub.
Bu barədə AzerTimes-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Məlumata görə, onlardan 392 min nəfərdən çoxu müavinət, 296 min nəfərdən çoxu isə təqaüd alıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində 68 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.
Twitter:@cingizsafarli