İyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər 29 iyun tarixindən etibarən onlayn qaydada növbə götürə bilərlər.
İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyindən AzerTimes-a bildirilib ki, bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməlidir.
Hazırda Azərbaycan Respublikasında “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə edilir.
Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur.
“COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə qaydası ilə https://www.youtube.com/watch?v=Il9fX5OM-pE linkindən tanış olmaq olar.