İYİ Partiyasından Ərdoğana təbrik mesajı

İYİ Partiyasından Ərdoğana təbrik mesajı

İYİ Partiyası Qrup sədr müavini İbrahim Özkan və İYİ Partiyası İstanbul İl Təşkilatının Qurucu İdarə Heyətinin üzvü Əli Kıdık Prezident Ərdoğanı seçkidəki qələbəsi münasibətilə təbrik ediblər.

AzerTimes xəbər verir ki, onlar bu barədə Tvitter hesablarında paylaşım ediblər.

“Ronaldo və Messi kimi iki futbolçunu ehtiyat skamyasında saxlayan məşqçi günahkardır. Məndən bu qədər. Mənə də bu yaraşar: Təbriklər, Rəcəb Tayyib Ərdoğan!” – Özkan bildirib.

“Günah bizdə və Maral Akşənəri dinləməyən, şəxsi eqolarının arxasınca gedənlərdədir. Biz buna hörmətlə yanaşacağıq, dövlətimizin başçısı adlandıracağıq. Rəcəb Tayyib Ərdoğanı təbrik edəcəyik. Siyasi rəqabət bir şeydir, siyasi etika başqa şeydir. Xeyirli olsun!” – Kıdık qeyd edib.

Teqlər: