Polis daxilində, məhkəmə daxilində əməliyyatlar gedir. Görürük ki, həmişə biri gəlir, biri gedir. Əgər təhdid və ya təhlükə varsa, həm FETÖ, həm də PKK ilə mübarizədə dövlətimizin yanında olacağıq.
AzerTimes xəbər verir ki, bunu İYİ Partiyasının yeni sədri Müsavat Dərvişoğlu bildirib.
Qeyd edək ki, türk millətçilərin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyədə xüsusi araşdırma başlayıb.