Ukraynanın ixraca hazır təqribən 10 milyard dollarlıq taxılı var.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, ötənilki taxıl məhsulunun 20 milyon tona yaxını ixrac ediləcək:
“Bu ilki məhsul artıq yığılır və satıla bilər. Bunlar fermerlərin, bütün kənd təsərrüfatı sektorunun və dövlət büdcəsinin gəlirləridir. Bunlar işdir. Artıq anbarımızda təxminən 10 milyard dollarlıq taxıl var”.