İvanişviliyə sui-qəsd cəhdi araşdırılır

İvanişviliyə sui-qəsd cəhdi araşdırılır

Terror aktı, dövlət hakimiyyətini devirmək və habelə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilinin qətlinin hazırlanması faktı üzrə sui-qəsd cəhdi ilə bağlı araşdırmalar davam edir.

AzerTimes xəbər verir ki, məlumatı Gürcüstanın “Birinci Kanalı” yayıb.

Bildirilib ki, araşdırma çərçivəsində iki vətəndaş – Əli Xanqoşvili və Georgi Kuştanaşvili ifadə verib.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti də araşdırma aparıldığını təsdiqləyib.

İstintaq başlayandan indiyədək 15-dən çox şəxsin şahid qismində dindirildiyi qeyd olunub. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin tərəfində Ukraynada gedən döyüşlərdə iştirak etmiş gürcü könüllülər, eləcə də iş adamları var.

Xanqoşvili və Kuştanaşvili medianın suallarına cavab verməyib və qeyd olunan işdə iştiraklarını inkar ediblər.

Onlar Dövlət Təhlükəsizliyi Xidmətinə hansı səbəbdən çağırılmaları ilə bağlı hər hansı təəssüratlarının olmadığını bildiriblər.

Teqlər: