İvanişvilinin evi və iş yeri… – Foto

İvanişvilinin evi və iş yeri… – Foto

“Forbes” jurnalı milyarder, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin “Şüşə Sarayı” haqqında məqalə dərc edib.

AzerTimes xəbər verir ki, məqalədə milyarderin ofisi və iqamətgahı, həmçinin təhlükəsizliyi və əsas hobbilərindən biri təsvir olunub.

Bildirilir ki, İvanişvilinin sarayı paytaxt Tiflisdə Tabor dağında yerləşir. “Şüşə Saray” İvanişvili üçün həm ofis, həm də yaşayış yeridir. Binada istifadə olunan şüşə divarlar sayəsində istənilən nöqtədən təbiətdən həzz almaq mümkündür. Süni şəlalə ev sahibinin istəyinə uyğun olaraq işə düşür. Həmçinin biznes mərkəzinin arxasında yaşıllıqlar arasında gizlənmiş, helikopter meydançası da yaradılıb.

Çoxlu balıqların saxlanıldığı ofisin yanında nəhəng akvarium yerləşir. Kiçik və böyük balıqlar qalın bir şüşə maneə ilə ayrılır. Onların arasında köpək balığı da var.

Teqlər: