İvanişvili yenidən siyasətə qayıdır

İvanişvili yenidən siyasətə qayıdır

Gürcüstanda hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının qurultayında keçmiş baş nazir, milyarder Bidzina İvanişvili fəxri sədr seçilib.

AzerTimes xəbər verir ki, bu barədə məlumat Gürcüstan mediası yayıb.

Bildirilib ki, 2021-ci ilin əvvəlində siyasi fəaliyyətini başa vuran B.İvanişvili yenidən siyasətə qayıdır.

“Üç il əvvəl mən fəal siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə cəmiyyətə məlumat verdim. İndi isə öz təşəbbüsümlə partiyanın fəxri sədri statusunda siyasi həyata qayıdıram”, – o qeyd edib.

Teqlər: