İvanişvili dedi ki, ailəsi üçün 200 milyon saxlayacaq…

İvanişvili dedi ki, ailəsi üçün 200 milyon saxlayacaq…

Araxamiya Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsindən danışır, bu, çoxsaylı xeyriyyə layihələrinin dayandırılması deməkdir.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Bidzina İvanişvili artıq Gürcüstanda xeyriyyəçilik üçün 3 milyon dollar xərcləyib:

“Bütün bunlar kimə lazım ola bilər? İctimaiyyət bunu müzakirə etməlidir. Bidzina İvanişvilinin vəsaitləri ilə bağlı bir məsələni ictimaiyyətə xatırlatmaq istərdim. Bidzina İvanişvili ötən ilin yanvarında siyasətdən getdiyini, ailəsi üçün cəmi 200 milyon dollar sərvət saxlayacağını, pulun qalan hissəsini tamamilə xeyriyyə məqsədləri üçün xeyriyyə fonduna yönəldildiyini bildirmişdi. Bidzina İvanişvili artıq Gürcüstanda xeyriyyəçilik üçün 3 milyon dollar xərcləyib və bunun nə üçün istifadə edildiyi hamıya məlumdur və gələcəkdə çoxlu layihələr planlaşdırılıb. Onların arasında məbədlərin saxlanması və bərpası, teatrların bərpası, Tiflis Mərkəzi Parkının reabilitasiyası var, bu layihələr müəyyən şəxslər tərəfindən şübhə altına alınır”.

Xatırladaq ki, Ukrayna Radasının fraksiyasının lideri Davit Araxamiya bildirib ki, İvanişvili və komandası Gürcüstanda hakimiyyətin bütün qollarını ələ keçirib və İvanişviliyə qarşı sanksiyalar həyata keçirilməlidir.

Teqlər: