Bir neçə gün əvvəl Qobuda sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti açıqlanıb.
AzerTimes-ın Oxu.Az-a istinadən məlumatına görə, Amar Əliyev ayağından aldığı xəsarətlə əlaqədar bir həftə xəstəxanada qalacaq.
Qeyd edək ki, azyaşlının vəziyyətinin stabil olduğu bildirilib.