Ermənistan və Azərbaycan yaxın vaxtlarda əsir və itkin düşmüş şəxslərlə bağlı görüş keçirə bilər.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan parlamentdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, müzakirələrin müvafiq komissiyalar formatında təşkili planlaşdırılır.
Qeyd edək ki, Abazyan həm də əsir və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyaya rəhbərlik edir.