Bu ilin sonu yaxud gələn ilin əvvəlində itkin düşmüş şəxslərin qeydiyyatı siyahısında dəyişiklik etməli olacağıq.
AzerTimes xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki,dövlət qurumlarına əvvəllər itkin düşməsi barədə məlumat verilməyən kəslərin yaxınları bizə quruma bu barədə müraciət edib.